• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » TƏDBİRLƏR

“Gənc kadrların hazırlanmasına dəstək olaq” adlı layihəyə start verilmişdir.

İşıqlı gələcəcəyiniz üçün faydalanın

  Əlavə edilmə tarixi: 11.03.2016    Son yenilənmə tarixi: 11.03.2016

 

         Orxan Nadirovun şəxsi təşəbbüsü, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi və Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə yeni müddətli kurslara strat verilir. Layihə rəhbərinin verdiyi məlumata görə əsas istiqamət gənclərin kompüter sahəsinə olan marağı artırmaq və biliklərini inkişaf etdirməkdir: “Hal-hazırda bir çox gənclər hər hansısa bir peşənin sahibi olmadığına görə və ya bir çox iş yerlərində lazım olunan tələblərə cavab verə bilmədiklərinə görə iş tapmaqda çətinlik çəkirlər.Bu problem onlarda ruh düşkünlüyü yaradır və həmin gənclər arzuolunmaz yöndə inkişaf edirlər.Bunun  aradan qaldırılması məqsədilə martayından etibarən “Gənc kadrların hazırlanmasına dəstək olaq” adlı layihəyə start verilmişdir.

          Layihənin əsas məqsədi işsiz gəncləri kompüterlərin yığılmasını, diaqnostikasını və təmirini , eyni zamanda proqram təminatını bilən kadr kimi hazırlamaqdır.Bu məqsədlə təşkil olunmuş təlimdən gənc oğlanlar və qızlar yararlana bilərlər.Təlimin müddəti dinləyicilərin öyrədilənləri mənimsəməsindən asılı olaraq iki və ya üç ay davam edəcək.Kursu tam bitirən gənclərin işlə təmin olunmasına yardım olunacaq.Yekun nəticə olaraq təxmini otuz-qırx nəfərin işlə təmin olunacağı gözlənilir.Bu barədə ətraflı məlumat kurs yekunlaşdıqdan sonra ictimayətin diqqətinə çatdırılacaq.

Baxılma sayı: 1698