• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » TƏDBİRLƏR

Yuvenal ədliyyə üzrə iki illik proqram başladı

UNİCEF-in Azərbaycan Ofisi Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

  Əlavə edilmə tarixi: 29.01.2015    Son yenilənmə tarixi: 29.01.2015

UNİCEF-in Azərbaycan Ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, Gənclər üçün Təhsil Mərkəzi, “Hüquq Dünyası” İB-nin birgə layihəsi olan “Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsinin təqdimat mərasimi keçirilib. Gənclər üçün Təhsil Mərkəzindən Lent.az-a verilən məlumata görə, mərasimdə adı çəkilən qurumların rəhbərliyi və digər qonaqlar iştirak ediblər.

Layihənin əsas məqsədi uşaq hüquqlarının qorunmasının müstəqil monitorinqinə dəstək vermək, adekvat hüquqi yardım və dəstəyə daha yaxşı çıxışı təmin etməkdir. Həmçinin qanunla ziddiyyətdə olan uşaqlara dair cəmiyyətdəki anlayış və yanaşmanın yaxşılaşdırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının bacarıq və imkanlarının artırılmasıdır.

2 il davam edəcək proqram çərçivəsində yerli gənclər təşkilatı olan Gənclər üçün Təhsil Mərkəzi Ağcabədi və Mingəçevir şəhərində yuvenal ədliyyə islahatlarının davam etdirilməsinə kömək edəcək, islahatların ədliyyəyə çıxış mexanizmlərini də əhatə etməsinə dəstək verəcək.

Baxılma sayı: 1866

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: