• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

31 Mart Soyqırımının 103-cü ildönümünə həsr olunan “Tarixi yaddaşımız: silinməyən izlər” adlı onlayn konfrans keçirilib.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda əməkdaşlar, gənclər və könüllülər iştirak edib.

  Əlavə edilmə tarixi: 01.04.2021    Son yenilənmə tarixi: 01.04.2021

31 Mart Soyqırımının 103-cü ildönümünə həsr olunan “Tarixi yaddaşımız: silinməyən izlər” adlı onlayn konfrans keçirilib.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda əməkdaşlar, gənclər və könüllülər iştirak edib.

Konfransı açıq elan edən Mingəçevir Gənclər Evinin əməkdaşı, moderator Zəminə Ədilova xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırım siyasətinin tariхi ilə bağlı məlumat verib. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilərin sayca azlıq təşkil etməsinə baxmayaraq öz havadarlarını köməyi ilə inizbati ərazi bölgüsü yaratmağa nail olduqlarını deyən moderator bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasının qoyulduğunu bildirib.

Çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov Bakı Soveti qoşunlarının  və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımızın qətlə yetirildiyini deyib. Ölkəmizin müstəqillik qazanmasından sonra uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətlərin açıldığını qeyd edən rəis müavini bu proseslərə siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin roluna diqqət çəkib.

Daha sonra çıxış edən Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin Könüllülər üzrə məsul şəxsi Əli Qurbanov Mart soyqırımının milli mətbuata təsirinə toxunub. 31 Mart Soyqırımının araşdırılmasında çox məhdud sayda mətbuat nümunələrinə istinad olunduğunu deyən Əli Qurbanov  1918-ci il mart soyqırımından sonra Azərbaycanda anadilli mətbuat orqanlarının da bir növ “soyqırıma” məruz qaldığığı bildirib.

Mingəçevir Gənclər Evinin əməkdaşı Aytac Abdullayeva çıxışı zamanı tarix boyu xalqımıza qarşı törədilən müxtəlif soyqırım aktları ilə bağlı məlumat verib. Ölkə Prezidenti İlham Əliyevin ərazi bütövlüyümüzün bərpasına nail olacağımızı dəfələrlə bəyan etdiyini qeyd edən dərnək rəhbəri Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad edərək Şəhidlərimizin, bütün soyqırım qurbanlarının qisasını aldığını vurğulayıb. Bu dövrdə gənclərin roluna toxunan Aytac Abdullayeva istər ön, istərsə də arxa cəbhədə qazanılan qələbədə gənclərin aktiv olduğunu söyləyib, haqq səsimizin dünyaya çatdırılması işində bugünkü kimi aktiv olmalarını arzulayıb.

Konfrans iştirakçıların fikirlərinin dinlənilməsi ilə davam edib.

 

Baxılma sayı: 730