• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi "XIII post" layihəsinə start verib.

Layihə çərçivəsində eyniadlı bədii filmin çəkilişlərinə başlanılıb.

  Əlavə edilmə tarixi: 24.02.2021    Son yenilənmə tarixi: 24.02.2021

       "İşıqlı Gələcək" Gənclər İctimai Birliyi "XIII post" layihəsinə start verib.

     Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin əsas məqsədi bugünkü gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Vətənə bağlılığının gücləndirilməsi ilə bərabər bundan gələcək nəsillərin də faydalanmasına şərait yaratmaqdır. Layihə çərçivəsində gənclərdə milli-mənlik şüurunun formalaşdırılması, onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi, filmin çəkilişində gənclərin iştirakçılığının təmin edilməsi, layihənin nəticələrindən gənclərlə yanaşı digər yaş qruplarından olan şəxslərin faydalanması qarşıya qoyulan başlıca vəzifələrdir.

     Layihə çərçivəsində eyniadlı bədii film çəkilərək sosial şəbəkələr və internet portalları üzərindən insanlara, əsasən də gənclərə çatdırılacaq. Hazırda filmin çəkilişləri davam edir.

 

 

Baxılma sayı: 739

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: