• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » TƏDBİRLƏR

Azərbaycan Gəncləri Günü ərəfəsində Mingəçevir Gənclər Evi tərəfindən "İstedad mənəm" müsabiqəsinə start verilir

İstedad mənəm deyən və istedadını göstərməklə, bizdən hədiyyələr qazanmaq istəyən gənclərimiz Siz də müsabiqəyə qoşulmağa tələsin.

  Əlavə edilmə tarixi: 26.01.2021    Son yenilənmə tarixi: 26.01.2021

Əziz gənclər,🤗

🔶 #Gənclikhəftəsi çərçivəsində istedadlı gənclərimizin təkliflərini nəzərə alaraq "İstedad mənəm" müsabiqəsinə start verilir. İstedad mənəm deyən və istedadını göstərməklə, bizdən hədiyyələr qazanmaq istəyən gənclərimiz Siz də müsabiqəyə qoşulmağa tələsin.

Müsabiqədə iştirak etmək üçün mobil telefon və ya kamera ilə istedadınızı göstərən video çəkərək gmail ünvanımıza göndərə bilərsiniz. Göndərilən videolar Mingəçevir Gənclər Evinin Instagram və Facebook səhifələrində yerləşdiriləcək və qalib izləyicilərin səsverməsi ilə seçiləcək.

‼️ Müsabiqənin şərtləri⤵️
✅ Videoda iştirakçının səs və görüntüsü aydın olmalı;
✅ Maksimum 3 dəqiqədən ibarət videolar hazırlanmalı;
✅ Videoda hər hansı effekt, montaj işlərindən istifadə edilməməli;
✅ Videolar 🗓 01.02.2021-ci il tarixinədək 📧 office@mge.az mail ünvanına göndərilməlidir.

📍Müsabiqədə 14-29 yaşlı gənclər iştirak edə bilər. Facebook və Instagram səhifəmizdə ən çox səs toplayan iştirakçı müsabiqənin qalibi seçiləcək. Videolar 02.02.2021-ci il tarixində paylaşılacaq və səsvermə 05.02.2021-ci il tarixinədək davam edəcək.

Hədiyyələr
🥇 Sertifikat + Xiaomi airdots;
🥈 Sertifikat + 3 d divar saatı qazanacaq.

Ətraflı məlumat üçün⤵️
☎ Əlaqə nömrəsi: (024) 274 28 56
📲 Mobil & WhatsApp: (055) 752 28 56

Baxılma sayı: 670