Əziz gənclər, Mingəçevir Gənclər Evi olaraq Azərbaycan Gəncləri Günü ərəfəsində bu həyəcanı bizimlə birlikdə yaşamağınız, gəncliyin Sizin üçün yaratdığı imkanlardan məqsədli və doğru şəkildə istifadə etməyiniz üçün #Gənclikhəftəsində müxtəlif fəaliyyətlərlə Sizinlə birlikdə olacağıq.
Əziz gənclər, Siz bizim gələcəyimizin təminatısınız və gələcəyimiz Sizin atdığınız addımlarla formalaşır. Gənclik enerjinizi doğru şəkildə istifadə edərək hər zaman zirvələrdə olmağınız, bilik və bacarıqlarınızla dünyamızda fərqlilik yaradacaq ilklərə imza atmağınız əsas hədəfimizdir. Gəlin, gəncliyimizi birlikdə yaşayaq!
Baxılma sayı: 1047