• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

"Təhsildə online platformalardan istifadə qaydalarının öyrədilməsi" layihəsinin açılışı və ilk təlimi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin "Təhsildə online platformalardan istifadə qaydalarının öyrədilməsi" layihəsinin ilk mərhələsinə start verilib.

  Əlavə edilmə tarixi: 16.09.2020    Son yenilənmə tarixi: 16.09.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin "Təhsildə online platformalardan istifadə qaydalarının öyrədilməsi" layihəsinin ilk mərhələsinə start verilib.

 Şəhərimizdə yerləşən ali və orta ixtisas təhsil müəssisələri, orta məktəblər və kurslarda fəaliyyət göstərən tədris işçiləri və gələcəkdə təhsil sahəsində fəaliyyət göstərmək istəyən gənclərin iştirak etdiyi təlimin ilk günündə iştirakçılara təlimin məqsəd, vəzifələri ilə bağlı məlumat verilib. Daha sonra "Zoom" platformasının istifadə qaydaları ilə bağlı iştirakçıları mumatlandıran təlimçi Elşən Əliyev platformanın xüsusiyyətlərindən danışıb, onu digər oxşar platformalardan fərqləndirən cəhətləri qeyd edib. Vebinar zamanı iştirakçılar Zoom hesabı açarkən və şəxsi hesab yaradarkən nəyə diqqət etməli olduqlarını, ödənişli və ödənişsiz hesablar arasındakı fərqləri öyrəniblər.

Qeyd edək ki, iştirakçılara online tədrisin təşkilində və video dərslərin hazırlanmasında köməklik göstərilməsi, iştirakçıların online platformalardan istifadə qaydaları haqqında məlumatlılıq səviyyəsinin artırılması, sosial şəbəkələrdə canlı dərslərin təşkili və record proqramları haqqında maarifləndirilməsi layihənin əsas məqsədidir.

 

Baxılma sayı: 244

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: