• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

"Karyera kouçinqi: Mən öz istedadımı necə kəşf edə bilərəm?" mövzusunda vebinar keçirilib.

İstedadını kəşf etmək istəyən və öz bacarıqlarını üzə çıxarmaq üçün doğru yönləndirməyə ehtiyacı olan şəxslər üçün "Karyera kouçinqi: Mən öz istedadımı necə kəşf edə bilərəm?" mövzusunda vebinar keçirilib.

  Əlavə edilmə tarixi: 06.07.2020    Son yenilənmə tarixi: 06.07.2020

              İstedadını kəşf etmək istəyən və öz bacarıqlarını üzə çıxarmaq üçün doğru yönləndirməyə ehtiyacı olan şəxslər üçün "Karyera kouçinqi: Mən öz istedadımı necə kəşf edə bilərəm?" mövzusunda vebinar keçirilib.

             Qonağımız  GTC və Ragimoff LP şirkətlərinin təsisçisi, psixoterapevt, insan resursları və biznes inkişafı üzrə konsultant Kənan Rəhimov karyera seçimi zamanı yaranan çətinliklərdən danışıb və onların aradan qaldırılması üçün hansı addımlar atıla biləcəyi ilə bağlı məlumat verib. Karyera seçimində başlıca məsələnin öz bacarıqlarını tanımaq, onları düzgün şəkildə qiymətləndirmək olduğunu deyən Kənan bəy iştirakçılara hər insanın xüsusi istedadı olduğunu və onu müəyyən etməyin bir neçə üsulu olduğunu bildirib. Daha sonra şəxsi  karyera seçimi ilə bağlı təcrübəsini bölüşən qonağımız gənclərin suallarını cavablandırıb və onlara  tövsiyələrini verib. Sonda seminarda iştirak edən gənclərə onlayn sertifikatlar təqdim edilib.

 

Baxılma sayı: 160