• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Müəssisənin psixoloqu Seymur Səfəralıyev tərəfindən “Fobiya” mövzusunda vebinar keçirilib.

Gənclərin təkliflərini dəyərləndirən psixoloqumuz Seymur Səfəralıyev tərəfindən 40-dan çox yeniyetmə və gəncin iştirakı ilə "Fobiya" mövzusunda psixoloji vebinar keçirilib.

  Əlavə edilmə tarixi: 06.07.2020    Son yenilənmə tarixi: 06.07.2020

            Gənclərin təkliflərini dəyərləndirən psixoloqumuz Seymur Səfəralıyev tərəfindən 40-dan çox yeniyetmə və gəncin iştirakı ilə "Fobiya" mövzusunda psixoloji vebinar keçirilib.

 

           Vebinar zamanı fobiyanın anlamı, uşaq yaşlarında yaranan qorxular və onların sonrakı yaş dövrlərində fəsadları, onlardan xilas olmağın yolları və fobiyanın növləri ilə bağlı məlumat verilib. Fobiyanın yaranmasına səbəb olan amillərdən danışan Seymur Səfəralıyev müalicə zamanı istifadə edilən və ən geniş yayılmış psixoterapiya üsullarını yeniyetmə və gənclərin diqqətinə çatdırıb. Daha sonra psixoloqumuz tez-tez rast gəlinən və vaxtında müdaxilə edilmədiyi zaman şəxsin sosial həyatına neqativ təsir göstərən sosial fobiya mövzusuna toxunub. Sonda iştirakçıların sualları cavablandırılıb, növbəti vebinarın mövzusu ilə bağlı müzakirə aparılıb.

 

           Siz bizim üçün çox dəyərlisiniz, fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Yeni mövzularla bağlı təkliflərinizi gözləyirik.

 

Baxılma sayı: 73

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: