• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Mingəçevir Gənclər Evi və "İşıqlı Gələcək" GİB-in birgə təşkilatçılığı ilə "Karyera planlaşdırılmasında seçimlər və imkanlar" mövzusunda vebinar keçirilib.

Mingəçevir Gənclər Evi və "İşıqlı Gələcək" GİB-in birgə təşkilatçılığı ilə növbəti vebinar keçirilib.

  Əlavə edilmə tarixi: 06.07.2020    Son yenilənmə tarixi: 06.07.2020

          Mingəçevir Gənclər Evi və "İşıqlı Gələcək" GİB-in  birgə təşkilatçılığı ilə növbəti vebinar keçirilib. Mingəçevir Gənclər Evinin keçmiş əməkdaşı, Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəşad Qurbanovun qonaq olduğu canlı yayım "Karyera planlaşdırılmasında seçimlər və imkanlar" mövzusunda baş tutub.

          Karyera planlaşdırarkən hansı məsələlərə diqqət yetirilməli olduğunu deyən Rəşad Qurbanov gənclərə seçimlər və imkanlar arasındakı balansı necə tənzimləyə biləcəklərindən danışıb. Karyera seçimi zamanı ən vacib məqamlardan birinin şəxsi keyfiyyət və bacarıqları müəyyən etmək olduğunu qeyd edən qonağımız iştirakçılara öz bacarığına və maraq dairəsinə uyğun sahə seçməyi, bu şəkildə daha çox uğur qazana biləcəklərini bildirib. Daha sonra gənclərə əmək bazarında mövcud iş imkanlarının araşdırılması yolları və onun faydaları ilə bağlı məlumat verilib, bu gün ən çox ehtiyac olan sahələrdən danışılıb. Sonda sualları səmimiyyətlə cavablandıran Rəşad Qurbanov gənclərlə öz təcrübəsini bölüşüb və tövsiyələrini verib.

 

 

Baxılma sayı: 120

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: