• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

“Əsas Həyat Bacarıqları” təlim kursunun X mərhələsinə start verilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Əsas Həyat Bacarıqları" təlim kursunun X mərhələsinə start verilib. ⠀

  Əlavə edilmə tarixi: 06.07.2020    Son yenilənmə tarixi: 06.07.2020

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Əsas Həyat Bacarıqları" təlim kursunun X mərhələsinə start verilib. ⠀

          X mərhələnin ilk təlimində təlimçi Seymur Seferalıyev gənclərə "Əsas Həyat Bacarıqları" təlim kursu ilə bağlı məlumat verib. Daha sonra "Stresin idarə olunması" mövzusu ilə tanış olan gənclər:⠀

  • stres yaradan səbəbləri araşdırıb və müzakirə edib;⠀
  • stresin aradan qaldırılmasında nəfəs alıb-vermə hərəkətlərini təcrübədən keçirib;⠀
  • diqqəti düzgün yönəltməklə stresi idarə edə biləcəklərini öyrəniblər.⠀

          2 ay davam edəcək təlim kursu zamanı yeniyetmə və gənclər "Özünütanıma", "Şəxslərarası bacarıqlar" və "Düşünmə bacarıqları" adlanan 3 bölməya daxil olan müxtəlif mövzular üzrə bilik və bacarıqlara yiyələnəcək, sonda sertifikatla təltif ediləcəklər.⠀

 

Baxılma sayı: 134

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: