• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın gənclər və idman siyasətinin yaradıcısıdır

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan "Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın gənclər və idman siyasətinin yaradıcısıdır" mövzusunda videokonfrans keçirilib. Konfransda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Emil Xanlarov, müəssisənin əməkdaşları və gənclər iştirak edib.

  Əlavə edilmə tarixi: 12.06.2020    Son yenilənmə tarixi: 12.06.2020

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan "Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın gənclər və idman siyasətinin yaradıcısıdır" mövzusunda videokonfrans keçirilib.

Konfransda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Emil Xanlarov, müəssisənin əməkdaşları və gənclər iştirak edib.

Konfransı giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı - moderator Samrin Xanlayev Azərbaycan xalqının Ümummilli lideri  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması ilə dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas olduğunu və bu günkü inkişafımızın təməlinin qoyulduğunu diqqətə çatdırıb. Bütün həyatını canından artıq sevdiyi ölkəsinə və xalqına həsr edən dahi siyasətçi, müdrik şəxsiyyət Ulu Öndər H.Əliyevin tariximizə müstəqilliyimizin memarı və qurucusu kimi yazıldığını deyən S.Xanlayev xalqımızın öz xilaskarını heç vaxt unutmadığını bildirib.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini deyən şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli idman siyasəti sahəsində atılan addımlardan danışıb. Azərbaycanın dünyada qabaqcıl idman ölkələrindən birinə çevrilməsində Ümummilli Liderin rolunun danılmaz olduğunu bildirən K.Nəcəfli bu gün Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil etdiklərini qeyd edib.

Daha sonra çıxış edən Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdırıldığını bildirib. Bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakar xidmətlərinin xüsusi rolu olduğunu söyləyən T.Kərimov bir çox vacib problemlərin həllində gənclərin rolunu artırmaq, ölkənin gələcək inkişafında onların iştirakını təmin etmək məqsədilə görülən işlərə diqqət çəkib.

Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin Moskva da daxil olmaqla, aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. A.Şahbazov gənclərimizin vətəninə, xalqına, milli dəyərlərimizə bağlı əsl Azərbaycan vətəndaşı kimi formalaşmasını Ulu Öndərin müdrik siyasəti və uzaqgörənliyinin bir nümunəsi kimi qiymətləndirib.

Sonda çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Emil Xanlarov bu gün Ulu Öndər tərəfindən əsası qoyulan  gənclər və idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, yeni uğurlara imza atıldığını bildirib, Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edərək gənclərə daim öz üzərində çalışmağı, ölkəmizin sürətli inkişafında aktiv şəkildə iştirak etməyi tövsiyə edib.

 

Baxılma sayı: 183

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: