• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Tarixin Müstəqillik Nöqtəsi

Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunan "Tarixin müstəqillik nöqtəsi" adlı forum keçirilib.

  Əlavə edilmə tarixi: 31.05.2020    Son yenilənmə tarixi: 31.05.2020

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunan "Tarixin müstəqillik nöqtəsi" adlı forum keçirilib. Forumda Mingəçevir Gənclər Evinin əməkdaşı Humay Baxışova, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Dövlət Universitetinin baş müəllimi, tarixçi İlham Məmmədov və universitetin əməkdaşı Şəbnəm İslamova, müəssisənin digər əməkdaşları, könüllü və gənclər iştirak edib. 
 
Forumu açıq elan edən Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev iştirakçılara Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı məlumat verib. 
 
Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli İstiqlaliyyət bəyannaməsindən, ilk demokratik hüquqi dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti və onu yaradanların cəsarəti, mübarizə əzmindən danışıb.
 
Mingəçevir Gənclər Evinin əməkdaşı Humay Baxışova Üçrəngli bayrağımızın məhz AXC dövrünə təsadüf etdiyini qeyd edib. 23 ay kimi qısa bir zamanı əhatə edən müstəqilliyik dövrünün uğurları ilə yanaşı çatışmazlıqlarından da danışan Humay Baxışova bu çatışmazlıqların aradan qaldırılmasının nəticəsi olaraq hazırkı müstəqilliyimizin möhkəm təməllər üzərində qurulduğunu qeyd edib. 
 
Mingəçevir Dövlət Universitetinin baş müəllimi İlham Məmmədov öz növbəsində Cümhuriyyətin əldə olunmasının çətinlikləri və 23 ay davam edəm müstəqilliyimizin sona çatmasının səbəblərindən danışıb.  Gələcək dövlət quruculuğu üçün zəmin hazırladığını və müstəqilliyimizin sonrakı mərhələsində dönüş nöqtəsi kimi əhəmiyyətini qeyd edib. Sonda İlham Məmmədov gənclərə savadlı kadr kimi ixtisaslaşmağı, müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda səylə çalışmağı tövsiyə edib. 
 
Sonda çıxış edən Şəbnəm İslamova forumun uğurla keçdiyini qeyd edib və çıxış edən hər kəsə ətraflı məlumat üçün təşəkkürünü bildirib. Forumla bağlı deyilənləri ümumiləşdirən Samrin Xanlayev gəncləri tariximizi daha dərindən öyrənməyə, hər bir tarixi hadisəni bütün gerçəklikləri ilə yeni nəslə və dünya ictimaiyyətinə çatdırmağa səsləyib.

Baxılma sayı: 217

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: