• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

"Ulu Öndər-Əbədiyaşar tarix" mövzusunda onlayn konfrans keçirilib.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan "Ulu Öndər-Əbədiyaşar tarix" mövzusunda onlayn konfrans keçirilib.

  Əlavə edilmə tarixi: 10.05.2020    Son yenilənmə tarixi: 10.05.2020

 “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan "Ulu Öndər-Əbədiyaşar tarix" mövzusunda onlayn konfrans keçirilib. Konfransda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evi, şəhər Gənclər və İdman İdarəsinin  əməkdaşları  və gənclər iştirak edib.

Konfransda çıxış edən Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, gənclər siyasətinin banisi kimi Ulu Öndərin sağlam düşüncəli gənclərin yetişdirilməsinə verdiyi töhvələrə diqqət çəkib. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən dövlət proqramlarının tətbiqi və bu proqramların ardıcıl xarakter almasının əhəmiyyətini qeyd edən Tural Kərimov ölkədə gənclər təşkilatlarının yaranması və onların işinin təkmilləşdirilməsini xüsusilə vurğulayıb.

Daha sonra çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Ulu Öndər Heydər Əliyevin gənclərlə çoxsaylı görüşləri zamanı onlara verdiyi dəyərli tövsiyələrdən, gənclər və idman siyasəti sahəsində görülən işlərdən danışıb. Bu gün Azərbaycan gənclərinin beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempiontalarında ölkəmizi layiqincə təmsil etdiyini bildirib.

Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı məqamlardan danışan Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və tərəqqisi dövrünün başlandığını qeyd edib.

Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev çıxışı zamanı sivil münasibətlərin tənzimlənməsində vacib məsələlərdən biri olan Konstitusiyamızın yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olmasından, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndərin bütün bu proseslərdə gənclərin roluna xüsusi fikir verməsindən danışıb.

Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin 4-cü kurs tələbəsi, gənclər Evinin aktiv könüllüsü Mübarək Aydəmirov Ulu Öndər tərəfindən əsası qoyulan və bu gün də uğurla həyata keçirilən gənclər siyasətinin başlıca məqsədinin milli dəyərlərə söykənən, vətənə, xalqına bağlı, mənəvi-əxlaqi tərbiyə baxımından güclü, zəngin elmi potensiala malik, müasir düşüncəli gənclərin formalaşdırılması olduğunu qeyd edib.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videorolik izlənilib.

            

Baxılma sayı: 288

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: