• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

“İnnovasiya həyatımızın parçası” layihəsinin açılışı və ilk təlimi baş tutub.

Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qaliblərindən biri olan Elçin Ağamirzəyevin “İnnovasiya həyatımızın parçası” layihəsinin açılışı və ilk təlimi baş tutub

  Əlavə edilmə tarixi: 07.03.2020    Son yenilənmə tarixi: 07.03.2020

Azərbaycan Respublikasının Gənclər Fondunun  13-cü qrant müsabiqəsinin qaliblərindən biri olan Elçin Ağamirzəyevin “İnnovasiya həyatımızın parçası” layihəsinin açılışı və ilk təlimi baş tutub. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində baş tutan təlimdə layihə rəhbəri Elçin Ağamirzəyev gənclərə layihənin məqsəd və vəzifələri ilə bağlı məlumat verib, iştirakçılara təlim zamanı fəal olmağı və fikirlərini sərbəst şəkildə bölüşmələrini tövsiyə edib.

Təlimin ilk günü iştirakçılar “İnnovasiya nədir?” sualına cavab verməklə mövzu ilə bağlı bildiklərini səsləndirib. Daha sonra təlimçi gənclərə innovasiya ilə bağlı ətraflı məlumat verib, müasir dövrdə innovasiyaların yaranmasına səbəb olan tendensiyalardan danışıb. Bununla yanaşı, iştirakçılar yaranma səbəbləri və yeniliyin səviyyəsinə görə innovasiyaların növləri ilə tanış olub. Dövlət innovasiya siyasətinin başlıca istiqamətlərini nəzərdən keçirən iştirakçılar daha sonra qrup tapşırıqları yerinə yetirib. Qrup tapşırığı zamanı innovasiya mərkəzləri, innovasiya mərkəzlərinin region və ölkəyə olan faydalarını araşdıran iştirakçılar təqdimat hazırlayıb, qrup işləri ilə tanış olaraq müzakirə aparıblar.

 

 

Baxılma sayı: 658

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: