• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Mingəçevir Gənclər Evində “Xocalıya Könüllü Gedək” adlı seminar keçirilib.

Mingəçevir regional “ASAN xidmət” mərkəzi və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti və şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan “Xocalıya Könüllü Gedək” mövzusunda seminar keçirilib.

  Əlavə edilmə tarixi: 27.02.2020    Son yenilənmə tarixi: 27.02.2020

 Mingəçevir regional “ASAN xidmət” mərkəzi və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti və şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan “Xocalıya Könüllü Gedək” mövzusunda seminar keçirilib. Seminarda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir regional “ASAN xidmət” mərkəzinin direktor müavini Elşən Əliyev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Xocalı sakinləri, mətbuat nümayəndələri və könüllülər iştirak edib.

Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsində dünyasını dəyişən soydaşlarımızın, eyni zamanda Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra çıxış edən Mingəçevir regional “ASAN xidmət” mərkəzinin direktor müavini Elşən Əliyev Xocalı soyqırımının beynəlxalq səviyyədə  tanıdılması istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərdən danışıb.

Çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Xocalıda qəsbkar ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını vurğulayıb. Xocalı faciəsini Azərbaycan xalqının sağalmaz yarası kimi qiymətləndirən rektor Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın qısa zamanda azad olunacağına əmin olduğunu qeyd edib.

Daha sonra çıxış edən Tural Kərimov Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklər, qarşıya qoyulan vəzifələrdən danışıb. Bu gün gənclərimizin faciə ilə bağlı məlumatlandırılması və beynəlxalq səviyyədə görülən işlərdə lazımı qədər irəliləyiş əldə edildiyini deyən Tural Kərimov bunlarla kifayətlənməyəcəyimizi və təbliğat işlərini davam etdirməli olduğumuzu vurğulayıb.

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımının özünün əsl siyasi-hüquqi qiymət aldığını qeyd edib.

Seminarda Xocalı sakini Alim İsmayılov da çıxış edərək yaşadıqları o anları, faciə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Sonda 26 fevral Xocalı soyqırmı ilə bağlı videorolik nümayiş olunub.

 

 

Baxılma sayı: 322

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: