• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

“Yaşıl nöqtə” layihəsinin təlimləri uğurla başa çatıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Mingəçevir Gənclər Evinin təşkilati dəstəyi ilə həyata keçirilən “Yaşıl nöqtə” layihəsinin təlimləri başa çatıb

  Əlavə edilmə tarixi: 27.02.2020    Son yenilənmə tarixi: 27.02.2020

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Mingəçevir Gənclər Evinin təşkilati dəstəyi ilə həyata keçirilən “Yaşıl nöqtə” layihəsinin təlimləri başa çatıb. Təlimin sonuncu günündə iştirakçılara plastic tullantılar, onların ətraf mühitə zərərli təsirləri ilə bağlı məlumat verilib. Bu tullantıların düzgün idarə olunmadığı halda ətraf mühiti çirkləndirdiyini və digər növ tullantılardan fərqli olaraq təbiətdə yüz illər ərzində parçalanmadığını deyən təlimçi onların kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngitdiyini və məhsuldarlığın aşağı düşməsinə səbəb olduğunu qeyd edib.

Daha sonra komandalara bölünən iştirakçılar müxtəlif növ plastik tullantıları və onların təbiətə nə kimi zərər vurduğunu araşdırıb. Sonda təlimi uğurla bitirən iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

 

Baxılma sayı: 135

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: