• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

“Rənglərin ahəngi” layihəsi uğurla başa çatıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Rənglərin ahəngi” layihəsinin təlimləri uğurla başa çatıb.

  Əlavə edilmə tarixi: 27.02.2020    Son yenilənmə tarixi: 27.02.2020

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Rənglərin ahəngi” layihəsinin təlimləri uğurla başa çatıb. Təlimin ilk günündə iştirakçılar rənglərin növləri, əsas və qarışıq rənglər qrupuna daxil olan rənglərlə bağlı məlumat əldə edib. Rənglərin uyğunluğu, onların həyatımıza pozitiv və neqativ təsirini öyrənən iştirakçılar rənglərin bir-biri ilə uyğunluğu və bunların düşüncələrimizdə rolu ilə bağlı fikirlərini bölüşüb. Təlimin sonuncu günündə iştirakçılar təzad təşkil edən rənglər, onların qarışığından alınan müxtəlif rəng çalarları ilə bağlı məlumat əldə edib. Təbiətdə tez-tez rast gəlinən rənglərdən danışan gənclər onların ahəngdarlığı, bu ahəngdarlığı yaradan amillərlə bağlı fikirlərini bölüşüb.

Müxtəlif qrup tapşırıqları yerinə yetirən gənclər təlimin sonuncu günü dünya xəritəsində sevdikləri ərazini seçərək onu öz fantaziyalarına uyğun olaraq rəngləyiblər. Sonda təlimi bitirən iştirakçılar sertifikat və hədiyyələrlə təltif edilib.

 

 

Baxılma sayı: 633

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: