• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Mingəçevirdə İctimai Dinləmə Keçirilib

“Merlər Razılaşması - Şərq” Avropa Komissiyasının şəhərlərin dayanıqlı inkişafına dəstək layihəsi çərçivəsində Mingəçevir Gənclər evində şəhərin layihə üzrə işçi qrupunun üzvlərinin iştirakı ilə “Mingəçevir şəhərinin İqlim və Enerji üzrə Şərq tərəfdaşlığı ölkələrinin Merlərin Razılaşması sazişinə qoşulması və görülən işlər” mövzusunda ictimai dinləmələr keçirilib. Tədbirdə media nümayəndələri, fəal gənclər, Mingəçevir Dövlət Universitetinin və tələbələri iştirak ediblər.

  Əlavə edilmə tarixi: 30.11.2019    Son yenilənmə tarixi: 30.11.2019

“Merlər Razılaşması - Şərq” Avropa Komissiyasının şəhərlərin dayanıqlı inkişafına dəstək layihəsi çərçivəsində Mingəçevir Gənclər evində şəhərin layihə üzrə işçi qrupunun üzvlərinin iştirakı ilə “Mingəçevir şəhərinin İqlim və Enerji üzrə Şərq tərəfdaşlığı ölkələrinin Merlərin Razılaşması sazişinə qoşulması və görülən işlər” mövzusunda ictimai dinləmələr keçirilib. Tədbirdə media nümayəndələri, fəal gənclər, Mingəçevir Dövlət Universitetinin və tələbələri iştirak ediblər. 
 
Tədbiri giriş sözü ilə açan Gənclər Evinin direktoru Tural Kərimov iştirakçıları salamlayıb,  işçi qrupunun üzvlərini təqdim edib.  İctimai dinləmənin əsas məqsədinin “Merlərin Razılaşması” və bu razılaşma çərçivəsində görülən işlər haqqında ictimaiyyətin məlumatlandırılması  olduğunu bildirən müəssisənin direktoru, iştirakçıların layihə ilə bağlı rəy və təklifləri ətrafında müzakirələrin aparılmasının  vacib olduğunu qeyd edib. 
 
Daha sonra layihənin  Mingəçevir üzrə işçi qrupunun rəhbəri Şəhriyar Mustafayev layihə ilə bağlı iştirakçıları məlumatlandırıb, bu görüşün keçirilməsində əsas məqsədlərdən birinin Mingəçevir şəhəri üçün dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planının hazırlanmasında şəhər sakinlərinin, o cümlədən gənclərin və tələbələrin təkliflərini dəyərləndirmək olduğunu qeyd edib. 
İşçi qrupunun rəhbəri Şəhriyar Mustafayev çıxışında bildirib ki, razılaşma çərçivəsində hazırlanacaq "Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planı" ilə bağlı işlər yekunlaşmaq üzrədir. Plana 16 layihə təklifinin daxil edildiyini bildirən Şəhriyar Mustafayev bunlardan ən önəmlisinin şəhərin su təchizatı ilə bağlı layihə olduğunu iştirakçıların diqqətinə çatdırıb. Bundan başqa binalarda enerji səmərəliyi, küçələrin işıqlandırılması, velosiped yolunun salınması və səmərəli istilik sistemlərinin qurulması kimi layihələrin icrasının da fəaliyyət planına daxil edildiyini bildirib.
 
Çıxış edən  işçi qrupunun üzvü Vüqar Ağayi "Merlər Razılaşması"nın yaranma tarixi, məqsəd və vəzifələri, maliyyə dəstəyi imkanlarından və layihənin şəhərimiz üçün əhəmiyyətindən danışıb.
İşçi qrupunun üzvü Azər Hüseynov da öz növbəsində "Merlər Razılaşması"na qoşulan digər ölkələrdə enerjidən və enerji resurslarından səmərəli istifadə praktikasından danışaraq, iştirakçıları məlumatlandırıb. Onları layihə ilə bağlı fəal ictimai əməkdaşlığa çağırıb.
Daha sonra müzakirələrdə aktiv şəkildə iştirak edən gənclər şəhərdə velosiped yolunun çəkilməsi və velosipedlər üçün parketmə yerlərinin tikilməsinə ehtiyacın olduğunu bildirib, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə ekoloji cəhətdən təmiz olan elektrobusların gətirilməsi kimi təkliflər səsləndirib.

Baxılma sayı: 447

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: