• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

“Məişət zəminində baş verən zorakılıqlara susmayaq!” layihəsi çərçivəsində təlimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Məişət zəmnində baş verən zorakılıqlara susmayaq!” layihəsinin təlimi keçirilib.

  Əlavə edilmə tarixi: 30.11.2019    Son yenilənmə tarixi: 30.11.2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq!” layihəsinin təlimi keçirilib.

Məişət və ya ailədə zorakılıq hallarının yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəli olduğunu qeyd edən “Dünya, Ana və Uşaqlar” İB-nin sədri Dünyaxanım Əliyeva ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğunun hüquqi müstəvidə də bu hallarla mübarizəni gündəmə gətirdiyini bildirib. Məişət zorakılığı probleminin həllinin hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb etdiyini deyən Birliyin sədri ailə münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında alınması məqsədilə layihə çərçivəsində gənclər arasında mütəmadi şəkildə maarifləndirmə işlərinin aparılacağını iştirakçıların diqqətinə çatdırıb.

Sonda layihənin məzmununa uyğun videoçarx izlənilib, məsələnin həlli ilə bağlı iştirakçıların fikirləri dinlənilib.

Baxılma sayı: 172

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: