• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Mingəçevir Gənclər Evində Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı, Azərbaycan Respublikasının Gənclər Fondu, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib.

  Əlavə edilmə tarixi: 14.06.2019    Son yenilənmə tarixi: 14.06.2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı, Azərbaycan Respublikasının Gənclər Fondu, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib. 
     
Forumu giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Qan Donorlarının III Regional Forumunun Mingəçevirdə keçirildiyinə görə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib və bunun region üçün əhəmiyyətini qeyd edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə Azərbaycanda qan donorluğunu inkişaf etdirməyin əsas məqsədləri olduğunu vurğulayıb və qan donorluğunun inkişafına öz töhfəsini verən ilk Regional Forumun 2014-cü il 14 iyun tarixində keçirildiyini bildirib. Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva 14 iyun Ümumdünya Qan Donoru Gününün tarixi barədə iştirakçıları məlumatlandırıb. O, bu günün keçirilməsində əsas məqsədin könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması olduğunu diqqətə çatdırıb. Mərkəzi Qan Bankının Mingəçevir Qan bölməsinin müdiri Vüsalə Səfərəliyeva, Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzinin Konsultativ poliklinika şöbəsinin həkim-hematoloqu Zaur Məmmədbəyov, mütəmadi qan donoru Mətanət Muxtarova donorluğun  ölkəmizdə qan donorluğu ilə bağlı mövcud vəziyyəti qiymətləndirib. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə qan donorluğunun istiqamətində İSİM tərəfindən görülən işlərdən söz açıb, gənclərin qan donorluğuna cəlb edilməsinin və bu sahədə könüllüyün artırılmasının vacibliyini vurğulayıb. 
     
Fikir mübadiləsi şəklində keçən forumda ölkəmizdə qan donorluğu ilə bağlı mövcud vəziyyət və dünya təcrübəsində qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına tətbiq olunan metodlar təhlil olunub, panel müzakirələr aparılıb.

Baxılma sayı: 48

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: