• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Gənclər evində "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı elmi-nəzəri konfrans keçirilib

Mingəçevir şəhər Gənclər və İdman Idarəsinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı elmi-nəzəri konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov da iştirak edib.

  Əlavə edilmə tarixi: 14.06.2019    Son yenilənmə tarixi: 14.06.2019

Mingəçevir şəhər Gənclər və İdman Idarəsinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı elmi-nəzəri konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov da iştirak edib. 
 
Çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyi, ictimai və siyasi həyatında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib. Vətəninə və xalqına dərindən bağlı olan Ümummilli liderin öz həyatını, siyasi təcrübəsini Azərbaycanın inkişafına, uğurlu gələcəyinə həsr etdiyini bildirib. 
 
Mingəçevir Gənclər Evinin əməkdaşı Humay Baxışova Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu qeyd edib. Yüzlərlə gəncimizin təhsil alması üçün xarici ölkələrə göndərildiyini, daha sonra məhz həmin gənclərin iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladıqlarını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra çıxış edən müəssisənin əməkdaşı Rəşad Qurbanov  müəllim adını bütün adlardan üstün tutan Ümummilli liderin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə təhsilin inkişafında etdiyi yeniliklərdən danışıb. 
 
Mingəçevirdə fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elgiz Mirzəyev Ulu Öndər Heydər Əliyevin idman sahəsinin inkişafı üzrə gördüyü işlərə diqqət çəkib, bu gün idman sahəsində əldə olunan nailiyyətlərin bu diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. 
 
Sonda çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışları dəyərləndirib, müstəqil Azərbaycanın memarı olan Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə geniş miqyaslı islahatlar apararaq sürətli inkişafımız üçün sağlam təməllər hazırladığını qeyd edib. Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərimizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun uğurla davam etdirildiyini bildirib.

Baxılma sayı: 36

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: