• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

27 il yol gözləyən Şuşamız

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə Şuşanın işğalının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

  Əlavə edilmə tarixi: 08.05.2019    Son yenilənmə tarixi: 08.05.2019

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə Şuşanın işğalının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə müəssisənin “Sosial-ictimai inkişaf” dərnəyinin rəhbəri Rəşad Qurbanov, müəssisənin psixoloqu Seymur Səfəralıyev, könüllülər və şəhər gəncləri iştirak edib. Tədbir Şuşa şəhərinin işğalı zamanı həyatını itirən soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxış edən Rəşad Qurbanov  Şuşa şəhərinin işğal olunma tarixindən danışıb, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçuları və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhəri üzərinə hücuma keçdiklərini bildirib. Daha sonra çıxış edən psixoloq Seymur Səfəralıyev şəhərin işğalı nəticəsində 600-ə yaxın memarlıq abidəsinin məhv edildiyini, Ü.Hacıbəyov, Natəvan, Bülbül kimi tarixi şəxsiyyətlərin heykəllərinin güllələndiyini iştirakçıların diqqətinə çatdırıb. Torpaqlarımızın azad olunması uğrunda həyatını qurban verən Şəhidlərimizin qanının yerdə qalmayacağını, ən qısa zamanda öz doğma torpaqlarımıza qayıdacağımızı bildirib. Gənclər torpaqlarımızın işğal olunması, müharibənin yaratdığı fəsadlarla bağlı öz fikirlərini bölüşüb, son zamanlarda əldə etdiyimiz nailiyyətlərdən danışıblar. 
 
Sonda “Şuşa-virtual səyahət” adlı videonu izləyən iştirakçılar böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşanın tarixi yerləri, mədəniyyəti ilə virtual şəkildə tanış olub. Müəssisənin könüllüsü Tofiqə Cəfərova Vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləməyin vacibliyindən danışıb, tarixi keçmişimizin şahidi olan memarlıq abidələrinə doğma münasibətin vətənə məhəbbətin bir nümunəsi olduğunu bildirib. Xədicə Qasımova yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli dəyərlərin qorunub saxlanması, vətəndaşlıq hisslərinin aşılanmasının hər zaman dövlətimizin diqqət mərkəzində olduğunu qeyd edib. İşğal olunmuş torpaqlarımızın azad olunmasında vətənpərvərlik tərbiyəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baxılma sayı: 125

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: