• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

“Kənd təsərrüfatının inkişafına ictimai dəstək” layihəsi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Uğurlu Gələcək İctimai Birliyi tərəfindən həyata keçirilən “Kənd təsərrüfatının inkişafına ictimai dəstək” layihəsi uğurla yekunlaşmışdır.

  Əlavə edilmə tarixi: 06.05.2019    Son yenilənmə tarixi: 06.05.2019

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Uğurlu Gələcək İctimai Birliyi tərəfindən həyata keçirilən “Kənd təsərrüfatının inkişafına ictimai dəstək” layihəsi uğurla yekunlaşmışdır.

Layihənin keçirilməsində əsas məqsəd regionlarda yaşayan gənclərin biznes ideyalarının həyata keçirilməsi və sahibkar kimi formalaşması,  gənc fermerlərin ilkin kapitalının yaradılması və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Layihədən birbaşa olaraq 200-dən artıq gənc faydalanıb. Layihə çərçivəsində “gənclərin məşğulluq imkanlarının artırılması”, “texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması” mövzuralında müxtəlif təlimlər keçirilmişdir.

Tədbirin yekununda layihə rəhbəri İsmayıl İsayev “Kənd təsərrüfatının inkişafına ictimai dəstək” layihəsinin uğurla başa çatdığını, layihədən bir çox gəncin birbaşa bəhrələndiyini vurğulamış və gələcəkdə daha böyük miqyasda layihəni davam etdirmək istəyini bildirmişdir.

 

 

Baxılma sayı: 45

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: