• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

"Səyyar Gənclər evi: Səyyar təlim" layihəsi bu dəfə də Xaldan qəsəbəsində baş tutub

Mingəçevir Gənclər evinin əməkdaşları region gəncləri ilə bir arada və ya region gəncləri ilə görüşüb

  Əlavə edilmə tarixi: 30.04.2019    Son yenilənmə tarixi: 30.04.2019

"Mingəçevir Gənclər evi"nin uzunmüddətli inkişaf proqramı olan "Səyyar Gənclər evi: Səyyar təlim" layihəsi bu dəfə Xaldan qəsəbəsində yerləşən kompleks tam orta məktəbində reallaşıb. Orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən layihə zamanı 5 əsas istiqamət üzrə təlim və yarışlar keçirilib. 
İlk öncə Mingəçevir Gənclər evinin əməkdaşı Rəşad Qurbanov layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib. 
Daha sonra layihənin formatına uyğun olaraq aşağıdakı təlim və yarışlar təşkil edilib:
- Peşə seçimi ilə bağlı məlumatlandırma təlimi
- Könüllük fəaliyyəti haqqında təlim
- Natiqlik, debat təlimi 
- NHN formatında intellektual yarış
- Məntiqi inkişaf üçün xüsusi tapşırıqların yerinə yetirilməsi yarışı 
Təlimlərdə və yarışlarda fərqlənən gənclər Gənclər Evi tərəfindən sertifikat və hədiyyələrlə təltif edilib. 

Baxılma sayı: 86

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: