• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Adilzadə Adil Kamran oğlu

  Əlavə edilmə tarixi: 11.04.2019    Son yenilənmə tarixi: 11.04.2019

2016-cı il Aprel döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalan Mingəçevir sakini Adil Adilzadə 1993-cü il aprel ayının 17-də Mingəçevir şəhərində doğulub. Mingəçevirdə 20 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, ön cəbhədə xidmət keçib. Əsgərliyi dövründə çevik və nizamlı əsgər kimi özünü göstərən Adil hərbiyə olan marağı nəticəsində orduda qalmaq qərarına gəlib. 2015-ci ilin ortalarından Naftalan rayonunda N saylı hərbi hissədə, Tər-Tər postunda Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçərək hərbi qulluqçu vəzifəsində xidmət edib. Şəhidin dostu Azər Poladov onunla bağlı xatirələrini danışarkən Adilin ən böyük arzusuna qovuşduğunu vurğulayıb. Düşməni geri oturtmaq üçün hücum əmrini gözləyən Adil əmrin verilməsi ilə döyüşçü yoldaşları ilə düşməni geri çəkilməyə məcbur edib. Naxçıvandan olan komandirləri şəhid leytenant Qabil Orucəliyevin hücum əmri ilə birgə düşmən üzərinə hücuma keçən Adil Adilzadə və baş-leytenant Cavid Dədəkişiyev Tər-Tər istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr endirib. Həmin döyüşdə təkbaşına 17 erməni əsgərini məhv edən Adil qolundan güllə yarası almasına baxmayaraq, hücumu davam etdirib. Döyüşdən bir neçə saat sonra düşmən snayperindən açılan güllədən Şəhidlik zirvəsinə ucalıb. Düşmən tərəfindən nəşi götürülən hərbçimiz 11 aprel 2016-cı il tarixində Mingəçevirdə izdihamla torpağa tapşırılıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respunlikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib. Bu gün sadəcə Mingəçevir sakinlərinin deyil, bütün Azərbaycan xalqının qəlbində özünə taxt quran Şəhid Adil Adilzadə öz ölümü ilə ölümsüzlüyə imza atıb.

Baxılma sayı: 140