• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Qasımov Teymur Sabir oğlu

  Əlavə edilmə tarixi: 08.04.2019    Son yenilənmə tarixi: 08.04.2019

Qasımov Teymur Sabir oğlu 1992-ci il yanvarin 4-də Mingəçevir şəhərində anadan olub.1998-ci ildə Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbə daxil olub və 2009-cu ildə Mingəçevir şəhər İnternat məktəbini bitirib. Məktəb illərində avarçəkmə idman növü ilə məşğul olaraq, dəfələrlə ölkə çempionatında mükafatçılar arasında yer alıb. Məktəbi bitirdikdən sonra 2010-c ilin yanvar ayında Mingəçevir hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə cağırılıb və Hacıqabul rayonunda yerləşən daxili qoşunların N saylı hərbi hissəsində xidmətə yola salınıb. 2011-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq, 2012-ci ilin yanvar ayından Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kurslarına qatılıb və kəşfiyyatçı manqa komandiri ixtisasına yiyələnərək 2012-ci ilin aprel ayında həmin kursu müvəffəqiyyətlə bitirərək Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəyə kəşfiyyatçı manqa komandiri ixtisasına göndərilib. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələr kursuna daxil olmuş və həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmətə başlamışdır. Xidməti dövründə nizam-intizamı ilə xüsusi secilmiş və yuxarı komandanlıq tərəfindən dəfələrlə qiymətləndirilib. 2016-cı ildə düşmən təxribatının qarşısını almaq məqsədilə döyüş yoldaşları ilə ön xəttə yollanıb və Tallış istiqamətində gedən döyüşlərdə yaxından istirak edib. 2016-cı ilin aprel ayının 3-də gedən döyüşlərdə yaralı yoldaşını döyüş meydanından çıxartmaq istiyərkən minaya düşərək Şəhid olub. 2016-cı il aprel ayının 9-da Mingəçevirdə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Baxılma sayı: 181