• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » TƏDBİRLƏR

Ulu Öndər mirasıdır yurdum Azərbaycan!

Mingəçevir Gəncləri bir araya gəldi

  Əlavə edilmə tarixi: 14.04.2015    Son yenilənmə tarixi: 14.04.2015

“Ulu Öndər mirasıdır yurdum Azərbaycan!”

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində Mingəçevir şəhərində tədbir keçirib.

Tədbir gənclərin iştirakı ilə Gənlər evində təşkil olunub.

Tədbiri giriş sözü ilə Birliyin sədri İsgəndər Ağakişiyev açıb. İ. Ağakişiyev tədbir iştirakçılarına Birliyin yaranma səbəbi, məqsədi, hazırda həyata keçirilən layihə və donor haqqında məlumat verib.

Sonra Birliyin sədr müavini Vüsal Mirzəyev çıxış edərək Birliyin həyata keçirdiyi layihələr və onların əhəmiyyətindən danışıb.

Sonra çıxış üçün söz icra edilən layihənin eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlıya verilib.

E. Bağırlı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamız üçün əhəmiyyətli dəyişikliklər və hadisələrdən, müsbət irəliləyişlərdən danışıb.

Ekspert bu gün Ulu Öndərin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilməsindən söz açıb. Gənclərimizi vətənimizə layiqli, vətənpəvərlik ruhunda tərbiyə olunmağa, Milli Qəhrəmanlar Mübariz İbrahimov və Fərid Əhmədov kimi vətənsevər, qorxmaz, mərd olmağa səsləyib.

E. Bağırlı gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi üçün respublikamızda hər bir şəraitin yaradılmasından bəhs edib.

Gənclərin aktiv iştirak etdiyi tədbirdə E. Bağırlı sağlam həyat tərzi ilə bağlı dözümlülük, mərdlik, təşəbbüskarlıq və zirəkliyin, soyuqqanlılıq kimi keyfiyyətlərin aşılanmasından da danışıb.

Tədbir diskussiya şəklində davam etdirilib.

 

Baxılma sayı: 1519

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: