• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » TƏDBİRLƏR

Mingəçevirdə mehmanxana işçiləri üçün təlimlər başlayıb

Region mehmanxana işçiləri üçün olan təlimlər 8 gün davam edəcək

  Əlavə edilmə tarixi: 03.03.2015    Son yenilənmə tarixi: 03.03.2015

Martın 3-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Mingəçevirdə mehmanxana əməkdaşları üçün təlim-tədris kursları başlayıb. 
Bu münasibətlə Mingəçevir Gənclər Evində keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirlikləri birgə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi olaraq ildə bir neçə dəfə bu tipli kurslar təşkil edir. Ölkənin müxtəlif regionlarında reallaşdırılan treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Budəfəki kurslar eyni zamanda ölkəmizdə iyun ayında baş tutacaq I Avropa Oyunları ilə əlaqədardır. 
Kurslara Mingəçevir, Gəncə və Naftalan şəhərlərində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin 100 nəfər əməkdaşı cəlb edilib. Martın 10-dək davam edəcək təlim-tədris kurslarında əsasən 4 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək. 
Kursların sonuncu günü dinləyicilərə iştirakla bağlı sertifikatlar təqdim ediləcək. 

Baxılma sayı: 1832

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: